Aytəkin Aslan Neyropsixoloq,beyin əsaslı təlimlər üzrə peşəkar təlimçi,
fərdi inkişaf məsləhətçisi, motivator, yaddaş və öyrənmə problemləri üzrə mütəxəssisdir.
📚 “Yaddaş SO” proqramının müəllifi, “Yaddaş texnikaları” və Sürətli Oxuma üzrə peşəkar təlimçidir.
Eyni zamanda münasibətlərin neyropsixoloji diaqnostik dəyərləndirmələri üçün müxtəlif münasibət davranışlarının neyrobioloji və psixometrik testlərini tətbiq edir.
Nəsrəddin Tusi adına ADPU məzunudur. Dünya Yaddaş Çempionu Melik Safi Duyar Uzman-Master eğitmen Deyyan Altınsoy və digər beynəlxalq mütəxəssislərdən Sürətli Oxuma, Beyni Effektiv İstifadə, Yaradıcı Düşünmə, Beyin Xəritələri, Mega Aritmetik və s. üzrə təlimlər almışdır.
Disleksiya üzrə ixtisaslaşmış,Ukrayna Səhiyyə Nazirliyi nəzdində Neyropsixologiya təhsili keçmişdir.
2012–2018-ci illərdə müxtəlif inkişaf və təhsil mərkəzlərində uzman təlimçi kimi çalışmış,
2018-ci ildən “Yaddash Academy”nin təsisçisi və rəhbəridir.
Hal-hazırda:
4-60 yaş arası neyropsixoloji seanslar Və
⚡ Sürətli oxuma
🧠 Yaddaş texnikaları
🗺️ Beyin xəritələri
🎯 Təlimçi təlimləri
🌱 Fərdi inkişaf təlimlərini həyata keçirir.
Azərbaycanda ilk “Sürətli Oxuma” təlim proqramının müəllifidir, universitetlərdə, dövlət qurumlarında və layihələrdə silsilə seminar və konfranslarda çıxış etmişdir.
Neyrologiya və beyin elmləri üzrə DTT akkreditasiyalı elmi-praktik konfransların iştirakçısıdır.23 fevral 2020 tarixində "Üstün/özel Yetenekli Çocukların Eğitiminde Güncel Yaklaşımlar" seminarında iştirak etmişdir.BSC Consulting & Outsourcing company təşkil etdiyi "Family Therapy Techniques - Genograms & Bowenian Therapy" təlimində iştirak etmişdir. CİBS Təlim mərkəzinin təşkil etdiyi 4-cü Psixologiya Forumu və "Mükəmməl pedaqoq,Şəxsi İnkişaf" seminarında, PM akademiyanın təşkil etdiyi "Uşaq şəkillərinin analizi" və "Bir insan çək" təlimlərində iştirak etmişdir.2020-ci ildə Sinan Olkun tərəfindən "Gelişim,Diskalkuli" təlimçi təlimi sertifikatı almışdır.21/22/23.05.2021 tarixində "Mutluluğun sinir bilimi" konfransında,Sinan Ergin təqdimatında "Major leadership" konfransında iştirak etmişdir.