Ülkər Məhərrəmova - "Yaddaş İnkişaf mərkəzi"nin və "Ailə Qadın Uşaq Problemləri" üzrə dövlət komitəsinin psixoloqu.
Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Pedaqogika və Psixologiya" fakultəsi məzunudur. Xətai rayonu "Körpələr Evi " uşaq bağçasında tərbiyəçi olaraq iş fəaliyyətinə başlamışdır. Daha sonra Göyçay şəhər orta məktəbində məktəb psixoloqu olaraq çalışmışdır. "Psixoloq Azərbaycan" şirkətində yeniyetmələr və yetkinlər üzrə psixoloq kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən indiyə qədər "Ailə Qadın Uşaq Problemləri" üzrə dövlət komitəsinin və 2016-cı ilin oktyabrından "Yaddaş İnkişaf mərkəzi"nin psixoloqu vəzifəsində çalışır. 2015 - ci ildə "İlin psixoloqu" adına layiq görülmüşdür. 18-20.07.2012 - ci ildə "Project Cycle Management" təlimində iştirak etmişdir. 12.11.2015-19.11.2015 - ci ildə Mega Hafıza Azərbaycan'da "Ağıl və Zəka Eğitmen eğitimi" təlimini almışdır. 20.10.2015-20.01.2016-cı illərdə "Klinik Ailə və Uşaq Psixoanaliz" master klasında iştirak etmişdir.Eyni zamanda 19.08.2017 - ci ildə "Uşaq şəkillərinin analizi" və "Bir insan çək" seminarlarında uğurla çıxış etmişdir. 05.05.2017-ci ildə "Rasional Emosional və Koqnitiv Davranış Terapiyası" , 24.09.2017-ci ildə isə "Humanistisches Psychodrama" seminarlarında iştirak etmişdir. 2-3 mart 2017-ci il tarixlərində "The structure of psychological consultation process confucted with families" , "Sexual education and sexual abuse in children", "Game therapy for children with special needs" , " Mental retardation and reflexology therapy" silsilə təlimlərində uğurla iştirak edib,sertifikat əldə etmişdir. 20-21.01.2018-ci ildə "The gift of Dyslexia-Ronald Davis method" təlimində iştirak etmişdir.