Təlimlər

Yaddaş - Rus dili

Qısa müddətdə effektiv öyrənmə.Dərslər söz ehtiyatının artırılması,sərbəst danışıq və qrammatikaya əsaslanır.

Akademik Diaqnostik dəyərləndirmə

Akademik Diaqnostik Dəyərləndirməyə aiddir: Diqqət və konsentrasiya əskikliyinin; Hiperaktivlik Özünə inamsızlıq İQ əmsalının təyini Fikir ifadə etmə qabiliyyətinin yoxlanılması Oxuma,yazma,hesablama,akademik inkişafın müəyyənləşdirilməsi

Liderlik,Motivasiya və CEO kimi düşün

Təlimin əsas məqsədi idarəetmədə uğur qazanan insanların özəlliklərini kəşf edərək,motivasiyaya mane olan daxili və xarici əngəlləri üzə çıxararaq öz beyin potensialını ən yüksək səviyyədə istifadə etməkdir.

Xəyal gücü və yazarlıq

Bu təlim ədəbi mətnlər hazırlamağı və mətn yaza bilmə bacarıqlarını əldə etməyi hədəfləyir.

Qəzəb və aqressiyanın idarə olunması

Qəzəb və aqressiyanın idarə olunması təlimində sizi qəzəbləndirən hadisə və insanlardan uzaqlaşa bilməsəniz də reaksiya və münasibətlərinizi idarə etməyi öyrənə biləcəksiniz.

Tükənmişlik sindromu ilə mübarizə

Həyat eşqi azalan,motivasiya əskikliyi olan,neqativ duyğulardan qurtula bilməyən,iş və zehni potensialını istifadə edə bilməyən,diqqət dağınıqlığı və unutqanlıq yaşayan hər kəs bu təlimdə iştirak edə və problemlərindən öz gücü ilə xilas ola bilər.

Yaradıcı Düşünmə Teknikaları və İnnovasiya Təlimi

Yaradıcı Düşünmə Texnikaları və İnnovasiya təlimi ilə yaradıcılıq bacarıqlarınızı inkişaf etdirə bilər, fərqli baxış bucaqları qazana bilərsiniz. Rəqabətin son dərəcə artdığı iş dünyasında fərqli düşünmə texnikalarını öyrənərək rəqiblərinizin qarşısına keçə bilərsiniz.

Zamanın doğru idarə olunması

Təlimin əsas məqsədi • İş və sosial həyatda “Zamanı daha effektiv idarəetmə yollarının incəlikləri” mövzusunda məlumat və bacarıqları inkişaf etdirmək yönündəki hədəflərimiz; • Zaman anlayışını dəyərləndirmək və müzakirə etmək; • Gündəlik həyatda və iş həyatımızda zaman hiylələrini dəyərləndirmək; • Həyat tərzi, fəlsəfə və yanaşma olaraq zaman idarəsində müvəffəqiyyətli ola bilmək üçün vacib xüsusiyyətləri və ünsürləri paylaşmaq; • Göstəriləcək təsvir və tətbiqlərlə fərdi inkişaf etdirə biləcək sahələrin iştirakçılar tərəfindən tanınmasına şərait yaratmaq; • İş mədəniyyəti, dəyəri və birliyi üçün zaman idarəsi mövzusunda ortaq bir yanaşma , anlayış və tətbiq yaratmaqdır.

Düşünmə və doğru qərar alma texnikaları

Təlim iştirakçıları təməl analitik və yaradıcı düşünmə texnikaları ilə tanış olacaq, düşünməni çətinləşdirən faktorlar ilə mübarizə aparacaq və analitik düşünəcək,doğru qərar almağa təsir edəcək texnikalar öyrənəcəklər.

Konsentrasiya (Fikri cəmləmə)

"Konsentrasiya " təliminə qatılanlar fikrini cəmləminin müvəffəqiyyətdəki rolunu görüb, özlərini daha yaxşı müəyyənləşdirə biləcəklər.Konsentrasiyanın necə pozulduğu haqqında məlumat əldə edəcəklər. Konsentrasiya problemləri və həlli yolları mövzusunda çalışacaqlar. İstəsələr öz təcrübələrini də paylaşa bilər. Yaşadıqları problemlərə qarşı nəcə tədbir ala biləcəkləri mövzusunda fikir sahibi olacaqlar.

Stresin İdarə olunması

Bu təlimdə yaranan problemli vəziyyətləri idarə edə bilmək və yaşana biləcək mənfi halların təsirini ən aza endirə bilmək üçün həyata baxış istiqamətlərində fərqlilik yaratmaq, gerçək həyatda tətbiqi mümkün olan texnikalar izah olunur.

Yaddaş Paritmetik hesablama

Yaddaş Paritmetik hesablama 4-12 yaş arası uşaqlar üçün zəkanı inkişaf etdirən beyin çalışmalarından ibarət bir təlimdir.Yaddaş Paritmatk hesablama sistemi istifadə etdiyi üsulla beynin sağ yarımkürəsini və xəyal gücünün istifadəsini də qataraq şagirdlərin beyin istifadə imkanlarını artırır və kompleks hesablamaları və riyazi əməliyyatları qələm və kağız istifadə etmədən zehni olaraq həm sürətli, həm də doğru olaraq icra etmələrini təmin edir.

Yeniyetmələr üçün ünsiyyət bacarıqları

Bakıda ilk olaraq yalnız bizim mərkəzimizdə “Yeniyetmələr üçün ünsiyyət bacarıqları” təlimi !

Yaddaş texnikaları ilə asan öyrənmə

Daimi öyrənməni təmin edən,məlumatın doğru zamanda istifadə olunmasında ən önəmli təsirin yaddaşımız olduğunu bilməyən yoxdur.

"Yaddaş Məntiq və Düşünmə metodikası" təlimçi təlimi

Yaddaş Məntiq və Düşünmə təlimçi təlimi özəl mərkəzlərdə,bağça və məktəblərdə,inkişaf mərkəzlərində çalışmaq istəyənlər ,həmçinin də ana olmağa hazırlaşanlar,özünü inkişaf etdirmək və uşaqları ilə daha çox faydalı zaman keçirmək istəyən analar,müəllimlər,pedaqoji təhsil alan tələbələr üçün uyğundur.

Yaddaş - Riyaziyyat gücləndirmə

Riyaziyyat gücləndirmə təlimi 9-16 yaş arası hər kəs üçün nəzərdə tutulmuşdur.Kağız və qələm olmadan 2 və ya 3 rəqəmli ədədləri toplamaq,çıxmaq,vurmaq,bölmək bu təlimin əsasını təşkil edir. 

Yaddaş texnikaları ilə İngilis dili

Yaddaş texnikaları ilə İngilis dili təlimi 4-60 yaş arası hər kəs üçün nəzərdə tutulmuşdur.Təlimin əsas məqsədi qısa zamanda daha çox söz ehtiyatının artırılması və onların qalıcı yaddaşa keçməsini təmin etməkdir. Təlimdə eyni zamanda oxuma,yazma,qrammatika,dinləmə və danışma kimi qabiliyyətlər də inkişaf etdirilir.

Yaddaş - Məntiq və Düşünmə metodikası

Diqqət,məntiq,yaradıcı düşünmə,yaddaş,zəka,özünəinam inkişaf etdirən yaddaş dərslərimiz 4-12 yaşarası uşaqlar üçün nəzərdə tutulmuşdur. Məntiq, yaddaş, zəka inkişafı, diqqət və konsentrasiya çalışmaları bu təlimdə əsas yer tutur.Övladlarınız bizimlə əylənərək öyrənəcək.

Yaddaş - Beyin Xəritələri

Beyin xəritəsi düşünmə,not tutma və çalışma texnikasıdır. Bu metodu planlama işlərində, raporlamada, təlimin hər səviyyəsində,təşkilatçılıqda, yaradıcı problem həll etmədə, qərar alma zamanlarında, qeyd almada, kitab oxuyarkən, analitik düşünmədə, zaman idarəsində, imtahanlarda, yaddaş və beyindən səmərəli istifadədə , diqqət və konsentrasiya çalışmalarında istifadə edə bilərsiniz. Təlim 12-60 yaş arası hər kəs üçün nəzərdə tutulmuşdur.

Yaddaş - Sürətli Oxuma

Yaddaş-Sürətli Oxuma təlimi 12-60 yaş arası hər kəs üçün nəzərdə tutulmuşdur. Təlimin sonunda oxuma sürətiniz və anlama faiziniz ən azı 2 dəfəyə qədər artacaq.Artıq bir gün ərzində bir neçə kitabı oxuyub başa çatdıra biləcəksiniz və ən əsası da oxuduqlarınızı xatırlaya biləcəksiniz.

Yaddaş - Oxuma Gücləndirmə

Oxuma və oxuduğunu anlama problemlərini aradan qaldırmaq,ən mühümü isə kitab oxumağı sevdirmək bu təlimin əsas istiqamətlərindəndir. Oxuma Gücləndirmə təlimi 7-12 yaş arası hər kəs üçün nəzərdə tutulmuşdur.Təlim ümumilikdə 2 ay davam edir.